12 Noyabr 2019
Bakıda 3 nəfərdən heroin aşkarlandı
Bakıda 3 nəfərdən heroin aşkarlandı HADİSƏ 10:49 2019-10-10

Bakıda keçmiş məhkumlardan külli miqdarda heroin aşkarlanıb.

Unikal.org-un xəbərinə görə, hadisə Xəzər rayon ərazisində baş verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən ayrı-ayrılıqda keçirilən əməliyyat tədbirləri zamanı paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - 1986-cı il təvəllüdlü Ə.Ağayev, 1986-ci il təvəllüdlü İ.Hüseynov və 1992-ci il təvəllüdlü B.İsrafilov saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zaman Ə.Ağayevdən 245 qram heroin, İ.Hüseynovdan 200 qram heroin və B.İsrafilovdan isə 279 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.