12 Noyabr 2019
"Ərimi baldızım çimdirirdi" - Azərbaycanda bir ayın gəlinindən şok açıqlama (VİDEO)
"Ərimi baldızım çimdirirdi"- Azərbaycanda bir ayın gəlinindən şok açıqlama (VİDEO) HADİSƏ 10:57 2019-10-10

Space Tv-də Amil Xəlilin «Gəl, dərdini danış» verilişində növbəti maraqlı anlar yaşanıb.

Unikal.org xəbər erir ki, ötən günlərdə İsmayıllıda əri tərəfindən hər gün döyüldüyünü və buna görə intihara cəhd etdiyini deyən 1 ayın gəlini Esmira növbəti dəfə verilişə çıxıb. Səbəb isə onun baldızı ilə üzləşməsi olub. Esmiranın baldızı Əfsanə gəlinlərindən utandıqlarını, telefonla müxtəlif xoş olmayan şəkillər çəkdirdiyini bildirib. Qardaşının ruhu xəstə olmasını qismən təsdiq edib. «Hə, qardaşım 10 il geri düşünür...»

Amil Xəlilin «Bəs xəstə idi niyə evləndirdiz?» sualına Əfsanə cavab verməyib.

Esmira isə növbəti dəfə şok faktları danışıb. O, ərinin toya kimi iynə ilə saxlanıldığını bu səbəbdən onun problemini hiss etmədiyini bildirib. Hətta əri ilə normal ər-arvad münasibəti də olmayıb. Onun sözələrinə görə baldızı ərini çimizdirərdi. 
 
Həmin anları sizə təqdim edirik.