Atatürk Hava Limanında baş verən partlayışlar sonrası Türkiyə Sağlık Bakanlığından ilk açıqlama gəlib.
Unikal.org xəbər verir ki, Atatürk Havalimanındaki patlayışdan sonra olay yerinə 23 təcili yardım göndərilib. Hadisə yerinden bütün yaralılar xəstəxanalara yerləşdirilib.
Sağlık Bakanlığının məlumatına görə, xəstəxanalarda qan ehtiyacı yoxdur.
Bu arada partlayış zamanı ölən və yaralananların sayı açıqlanıb. CNN Türk-ün məlumatına görə, hadisədə 28 nəfər ölüb, 60 nəfər yaralanıb.
Qeyd edək ki, Atatürk Havalimanında yaşanan saldırının ardından teroristlərin istifadə etdiyi silahın fotosu da yayılıb.
 
*** 00:02
Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş güclü partlayış nəticəsində 10 nəfər dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, hadisə zamanı 40-dan çox adamın yaralandığı bildirilir. 
"Reuters"in xəbərinə görə, hava limanında iki nəfər özlərini partladıb.
 
*** 23:44
Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş partlayış hadisəsinin terror aktı olduğu üzə çıxıb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanındakı partlayışları terrorçulardan ibarət iki qrup həyata keçirib.
Partlayışlar nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir. Məlumata görə, xəstəxanalara 40-dan artıq yaralı aparılıb. 
Hava limanında həmçinin atəş səsləri də eşidilib.
 
*** 23:31
Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 
Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. 
Partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. 
Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.
Hava limanının bütün giriş və çıxışlar bağlanıb.