12 Noyabr 2019
Qırğızıstan prezidenti Bakıya gəlir
Qırğızıstan prezidenti Bakıya gəlir SİYASƏT 16:17 2019-10-10

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.