Türkiyənin Suriyaya başlatdığı "Barış Pınarı" hərbi əməliyatı  davam edir.  Terror təşkilatı YPG / PKK da  cavab vermək məqsədi ilə minaatan mərmi atır. Terror təşkilatı Akçakale, Ceylanpınar və  Nusaybini hədəfə alıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Akçakale bölgəsində Milli Təhsil və Bələdiyyə binalarına 2 minaatan gülləsi düşdüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Digər tərəfdən Ceylanpınar bölgəsində təşkil olunan terror hücumlarında 6 nəfər yaralanıb. 

 Mülki yaşayış sahələrini hədəf alan terror təşkilatı səhər saatlarından kəndlərə və məhəllələrə çoxlu sayda bomba atıb.