15 Noyabr 2019
14 Noyabr 2019
Əfqanları Türkiyəyə gətirən azərbaycanlı kapitan tutuldu - FOTO
Əfqanları Türkiyəyə gətirən azərbaycanlı kapitan tutuldu -FOTO HADİSƏ 17:52 2019-10-10

Əfqanıstan vətəndaşları Türkiyəyə qeyri-qanuni yollarla gətirən Azərbaycan vətəndaşı tutulub.

Unikal.org xəbər verir ki, bu gün Türkiyə Sahil Mühafizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində, İzmirin Seferihisar mahalının dəniz sahilində içində 52 nəfər olduğu yelkənli qayıq saxlanılıb.

Məlum olub ki, Azərbaycan vətəndaşının ("gəmi kapitanı") idarə etdiyi yelkənli qayıq ilə Türkiyəyə dəniz yolu ilə (qeyri-qanuni) 52 Əfqan vətəndaşı ( 34 kişi, 8 qadın, 10 uşaq)  gətirilib. Azərbaycanlı dərhal həbs olunub, Əfqanıstan vətəndaşları isə Miqrasiya İdarəsinə aparılıb.