22 Oktyabr 2019
Qanalı hücumçu "Zirə"yə qayıtdı
Qanalı hücumçu "Zirə"yə qayıtdı İDMAN 20:51 2019-10-10

"Zirə" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Riçard Qadzeni transfer edib. 25 yaşlı qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, Qadze daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi "Zirə"də çıxış edib. O, son olaraq Rumıniyanın "Voluntari" klubunda oynayıb.