“Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə 1-cidir”.

Unikal.org xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Ölkə prezidentinin bizə verdiyi dəstək hesabına bu vaxta qədər 3 100 yeni vaqon, 30 milyon ABŞ dolları dəyərində yol-tikinti maşınları almışıq, 1 000 km-ə yaxın yol təmir etmişik”, - deyə o, qeyd edib.

Bundan başqa, səhmdar cəmiyyətinin sədri bildirib ki, son illər rəhbərlik etdiyi qurumda işçilərin orta yaş həddi azalıb: “Əgər 2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nda orta yaş həddi 60-dan çox idisə, hazırda bu rəqəm 40-45 civarındadır. Biz heç kəsi məcbur etməmişik ki, işdən getsin. Sadəcə insanlara şərait yaradılıb ki, öz təqaüdü ilə dincəlsin”.