“Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur”.

Bu barədə Unikal.org-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olunanT.Məmmədov həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunub. Məlumatda vuğulanır ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb: “Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir”.