Türkiyəyə top mərmisinin atılması nəticəsində 2 mülki sakin həlak olub. Hadisə Şanlıurfa əyalətinin Suruç rayonuna baş verib.

Unikal.org Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, mərmi terrorçu PKK/YPG-PYD qruplaşması işğal altında saxladıqları Suriya ərazisindən atıb.

Qeyd edək ki, oktyabrın 10-da terrorçuların Türkiyə ərazisinə atıdqları top mərmisi  aralarında 10 aylıq körpə və azyaşlı olmaqla 9 nəfərin ölmünə səbəb olub.