20 Noyabr 2019
Ramin Quluzadə və birinci müavini vətəndaşlarla görüşdü - FOTOLAR
Ramin Quluzadə və birinci müavini vətəndaşlarla görüşdü -FOTOLAR CƏMİYYƏT 17:59 2019-10-11

Oktyabrın 11-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində, nazirin birinci müavini Əli Abdullayev Yevlax rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən Unikal.org-a bildirilib ki, nazir Mingəçevir və Ağdaş, nazirin birinci müavini isə Yevlax sakinlərini qəbul edib.

Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

Vətəndaş müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.

Sözügedən vətəndaş qəbulları mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilib.

Vətəndaş qəbullarından sonra nazir R.Quluzadə və nazirin birinci müavini Ə.Abdullayev nazirliyin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə vətəndaşların müraciətlərində irəli sürülmüş məsələlərlə bağlı müzakirə aparılıb.

Nazirliyin rəhbərliyi vətəndaş məmnunluğuna xüsusi diqqət edilməsinin vacibliyini vurğulayıb.


  • Ramin Quluzadə və birinci müavini vətəndaşlarla görüşdü -FOTOLAR
  • Ramin Quluzadə və birinci müavini vətəndaşlarla görüşdü -FOTOLAR