17 Noyabr 2019
16 Noyabr 2019
Vətəndaşı aldadıb bank hesabından pul ÇIXARDILAR
Vətəndaşı aldadıb bank hesabından pulÇIXARDILAR CƏMİYYƏT 19:04 2019-10-11

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.