17 Noyabr 2019
16 Noyabr 2019
Ərdoğan: "...ölkəmizin ən böyük dostu odur"
Ərdoğan:"...ölkəmizin ən böyük dostu odur" DÜNYA 22:11 2019-10-11

“Terror 100 ilimizin vəbasıdır. Türkiyə 35 ilə yaxındır terror bəlası ilə mübarizə aparır. Açığını deyək ki, terror təşkilatlarının arxasında Türkiyə ilə hesablaşmaq istəyən güclər daim olub. Dövlətimizin bütünlüyü, vətəndaşlarımızın rifahı təhdid altında olduğuna görə artıq geri addım atmayacağıq. Təhlükəsiz bölgə elan etdiyimiz ərazidən terrorçuları təmizləyib, problemi yerində həll etməyə qərarlıyıq”.

Unikal.org Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Terrorla mübarizə və regional əlaqələrin gücləndirilməsi” mövzusunda  parlament başçılarının 3-cü toplantısındakı tədbirdə bu fikirləri bildirib.

R.T.Ərdoğan deyib ki, 2017-ci ildə İslamabadda, 2018-ci ildə Tehranda, bu il isə İstanbulda terrorla mübarizə mövzusunda qəbul edilən deklarasiyalarla bu sahədə daha təkmil addımlar atılacağına inanır: “Türkiyə sülh və əminamanlıq mövzusuna etina göstərən bir ölkədir. Yaşadığımız sıxıntılar coğrafiyamızın taleyi deyil. Əgər bir dövlət öz sərhədləri daxilində terrorçuların fəaliyyətlərini əngəlləyirsə, ölkəmizin ən böyük dostu odur. Bütün dostlarımızdan ölkəmiz və Suriya üçün həyati önəm daşıyan “Barış bulağı” əməliyyatına dəstək gözləyirik”.