21 Noyabr 2019
Paytaxtda ağır qəza: yaralılar var
Paytaxtda ağır qəza:yaralılar var HADİSƏ 00:19 2019-10-12

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı uşaqlar və onların valideyni xəsarət alıblar. Yaralılar yaxınlıqda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda onlar əməliyyat edilirlər.