19 Noyabr 2019
18 Noyabr 2019
Cüdoçularımız dünya çempionatında daha bir qızıl medal qazandılar
Cüdoçularımız dünya çempionatında daha bir qızıl medal qazandılar İDMAN 09:43 2019-10-12

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, Azərbaycan milli komandası yarışda ikinci qızıl medalını qazanıb. Veteran cüdoçumuz Məmməd Məmmədov M-1kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bundan əvvəl isə komandamızın digər üzvü Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində qalib olub.

Qeyd edək ki, usta cüdoçular arasında keçirilən dünya çempionatı oktyabrın 13-dək davam edəcək.