16 Noyabr 2019
15 Noyabr 2019
Kiyevdə öldürülən Cavid görün hansı tanınmışın nəvəsi imiş - FOTO
Kiyevdə öldürülən Cavid görün hansı tanınmışın nəvəsi imiş- FOTO KRİMİNAL 11:13 2019-10-12

Oktyabrın 6-da Kiyevdə vəhşicəsinə öldürülən 23 yaşlı Cavid Hacıyevin məşhur nəslin nümayəndəsi olduğu məlum olub.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cavid Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacıyevin nəvəsidir. 

Cavidin anası isə Bakı Musiqi Akademiyasının professoru, Bəstəkarlar İttifaqının Rəyasət heyətinin üzvü Mina Hacıyevadır. 

Cavid Dövlət İqtisad Universitetində magistr üzrə təhsil alırmış. O, eyni zamanda peşəkar rəqqasdır və Azərbaycanı müxtəlif beynəlxalq layihələrdə təmsil edib. 

Qeyd edək ki, Ukrayna KİV-in yazdığına görə, hadisə Çiqorin küçəsində baş verib və Cavidin nəşi üç gün sonra aşkarlanıb. Qonşuların evdən pis qoxu gəlməsi haqda şikayətindən sonra mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 23 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıblar.

Oradan eyni zamanda benzinlə çalışan mişar, 3 kanistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər götürülüb. Ehtimala görə, cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.  

23 yaşlı Azərbaycan vətəndaşını qətlə yetirən şəxs onun tanışı olub. Cinayətkarın yerinin təyin edilməsinə yönələn axtarış tədbirləri zamanı onun Ukrayna sərhədlərini tərk etdiyi məlum olub. Hazırda onun beynəlxalq axtarışa verilməsi məsələsi həll olunur. 


  • Kiyevdə öldürülən Cavid görün hansı tanınmışın nəvəsi imiş- FOTO
  • Kiyevdə öldürülən Cavid görün hansı tanınmışın nəvəsi imiş- FOTO
  • Kiyevdə öldürülən Cavid görün hansı tanınmışın nəvəsi imiş- FOTO
  • Kiyevdə öldürülən Cavid görün hansı tanınmışın nəvəsi imiş- FOTO