14 Noyabr 2019
13 Noyabr 2019
Azərbaycan - İsveçrə matçının hakimləri açıqlandı
Azərbaycan - İsveçrə matçının hakimləri açıqlandı İDMAN 13:34 2019-10-12

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə İsveçrə yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

Unikal.org-un məlumatına görə, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Novak Simoviçə yan xətt hakimləri Svetozar Jivin və Nikola Coroviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Miloş Milanoviç yerinə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 15-də Sumqayıt şəhərindəki "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.