Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında yerləşən terror ünsürlərinə qarşı təşkil etdiyi "Barış Pınarı" hərəkatı  davam edir.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hərəkata 40 min türk əsgəri qatılıb.

Suriyada böyük coşğu və Türkiyə bayraqları ilə qarşılanan əsgərlər göz yaşlarını saxlaya bilməyiblər. Yerli əhalinin sevgisi qarşılanan əsgərlərin bu görüntüsü hər kəsi kövrəldib.