23 Noyabr 2019
22 Noyabr 2019
Narkotikə görə 2 nəfər saxlanıldı
Narkotikə görə 2 nəfər saxlanıldı HADİSƏ 15:09 2019-10-12

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərovu saxlanılıb. 

Unikal.org  xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də tutulub.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 250 qramdan çox heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.