Azərbaycan milli komandası Macarıstan yığması ilə AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl son məşqə çıxıb.

Unikal.org  xəbər verir ki, hazırlıq prosesi matçın keçiriləcəyi "Groupama Arena"da təşkil olunub. 

İlk 15 dəqiqəsi açıq olan çalışmaları AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov izləyib. Eyni zamanda tribunada 20-dək azərbaycanlı azarkeş komandaya dəstək verib. Onlar bu gün 27 yaşı tamamlanan Qara Qarayevi çağıraraq, onu təbrik ediblər.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.