Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "KamAZ" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.