Lənkəran rayonu Viyən kəndində azyaşlı qız qonşu kişi tərəfindən vəhşicəsinə döyülüb.

Unikal.org xəbər verir ki, kənd sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, 7 yaşlı Zəhranı döyən (ad şərtidir) kənd sakini Əliyev Sadiqdir. 

Hadisə belə baş verib; avtobus sürücüsü işləyən S.Əliyev evdə yatan zaman həyətdə oynayan uşaqların səsinə oyanıb və əsəbi halda bayıra cumub. İlk olaraq əlinə keçən Zəhra olub. O, qızcığaza vəhşicəsinə zərbələr endirib.

Azyaşlı başından, üzündən, gözündən və bədənindən çoxsaylı xəsarətlər alıb. Zərbələrin gücündən Zəhranın qulağındakı sırğa belə qırılıb.

Uşağın atası Abdullayev Nail qızının döyülməsilə bağlı Lənkəran rayon Polis İdarəsinə şikayət edib. Növbətçi hissədən BAKU.WS-ə verilən məlumata görə, hadisə təhqiqatçı tərəfindən araşdırılır.