17 Noyabr 2019
16 Noyabr 2019
Moskvanın mərkəzində silahlı insident olub
Moskvanın mərkəzində silahlı insident olub DÜNYA 09:01 2019-10-13

Moskvanın mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin Bolşaya Ordınka küçəsindəki kafenin yaxınlığında baş verib. 

İlkin məlumatlara görə, kişilər arasında mübahisə zəminində odlu silahdan istifadə edilib. Tərəflərdən biri travmatik tapançadan qarşı tərəfin başına atəş açıb. 

Yaralı dərhal xəstəxanaya aparılıb. Silahdan atəş açan şəxs isə polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.