22 Noyabr 2019
21 Noyabr 2019
Toy məclisinə gedən iki ailə yol qəzasına düşdü: yaralılar var
Toy məclisinə gedən iki ailə yol qəzasına düşdü:yaralılar var HADİSƏ 09:24 2019-10-13

Ötən gün axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, rayonun Qaysa kənd sakini, 1992-ci il təvəllüdlü Əli Kamil oğlu Xəlilov idarəetdiyi “VAZ 21014” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza zamanı xəsarət alan sürücü Ə.Xəlilov, sürücünün həyat yoldaşı, 1995-ci il təvəllüdlü Həcər Ramazan qızı Xəlilova, avtomobildə olan digər sərnişinlər - Qaysa kənd sakini 1964-cü il təvəllüdlü Ramazan Həybullah oğlu Şabanov və həyat yoldaşı, 1970-ci il təvəllüdlü Solmaz Asyalov qızı Şabanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, yaralılardan R.Şabanovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralıların
xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, qəzaya düşənlər iki ailənin üzvüləridi. Onlar toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.