Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.

Unikal.org xəbər verir ki, Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq.

Macarıstan yığmasının 9 xalı (6 oyuna), Azərbaycan milli komandasının isə 1 (5 oyuna) xalı var.

AVRO-2020

E qrupu

20:00. Macarıstan - Azərbaycan

"Groupama Arena".