15 Noyabr 2019
Bakıda təkər sexi yandı
Bakıda təkər sexi yandı HADİSƏ 10:26 2019-10-13

Bakıda təkər emalı sexində yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb.

Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.