18 Noyabr 2019
17 Noyabr 2019
Polis şahzadəni saxladı
Polis şahzadəni saxladı DÜNYA 10:45 2019-10-13

London polisi Trafalqar meydanında ekoloji etirazda iştirak edən Belçika şahzadəsi Esmeraldanı saxlayıb.

Unikal.org xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, 63 yaşlı şahzadə beş saat polis idarəsində saxlanılıb və ona qarşı hər hansı bir ittiham sürülmədən sərbəst buraxılıb.

Qeyd olunub ki, şahzadə qlobal istiləşmə ilə mübarizə aparan ekoloji hərəkatın oturma aksiyasında iştirak edib.

İngiltərə polisi artıq şəhərin mərkəzində ekoloji fəlakətə qarşı etiraz aksiyası keçirən 1100-dən çox insanı saxlayıb. Onlar paytaxtın hər yerində, o cümlədən Trafalqar meydanında əsas yolları bağlayaraq düşərgələr qurublar.