20 Noyabr 2019
19 Noyabr 2019
Mikroavtobus qəzaya uğradı: yaralılar var
Mikroavtobus qəzaya uğradı:yaralılar var HADİSƏ 12:13 2019-10-13

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yoldan çıxan "Mersedes Vito" markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.