18 Noyabr 2019
17 Noyabr 2019
Bu 5 ölkə Türkiyəyə silah satışını dayandırdı
Bu 5 ölkə Türkiyəyə silah satışını dayandırdı DÜNYA 14:17 2019-10-13

Fransanın müdafiə və xarici işlər nazirlikləri Türkiyədə başladılan "Barış bulağı" hərbi əməliyyatlarla əlaqədar Türkiyəyə bütün növ silah ixracını təxirə salacaqlarını bəyan ediblər. 

Unikal.org xəbər verir ki, bununla da Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb.

Qeyd edək ki, Fransadan öncə Almaniya, Norveç, Finlandiya, Hollandiya da "Barış bulağı" hərakatı ilə əlaqədar Türkiyəyə silah ixracatını dayandıracaqlarını bildirib.

İspaniya isə Suriyada gərginlik artacağı halda Türkiyədəki "Patriot" havadan müdafiə sistemlərini geri alacağını açıqlayıb.