18 Noyabr 2019
İsa Qəmbərlə başqanlığa namizədlər arasında mübahisə DÜŞDÜ
İsa Qəmbərlə başqanlığa namizədlər arasında mübahisəDÜŞDÜ SİYASƏT 15:15 2019-10-13

Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb.

Unikal.org xəbər verir ki, buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub.  Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib.  İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu  və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.

Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub.

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.


  • İsa Qəmbərlə başqanlığa namizədlər arasında mübahisəDÜŞDÜ