07 Dekabr 2019
06 Dekabr 2019
Moskvanın mərkəzində silahlı insident: kişini başından güllələdilər
Moskvanın mərkəzində silahlı insident:kişini başından güllələdilər DÜNYA 16:57 2019-10-13

Moskvanın mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

Unikal.org  "Moskva" agentliyinə istinadla xəbər verir ki, hadisə şəhərin Bolşaya Ordınka küçəsindəki kafenin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, kişilər arasında mübahisə zəminində odlu silahdan istifadə edilib. Tərəflərdən biri travmatik tapançadan qarşı tərəfin başına atəş açıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Silahdan atəş açan şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.