Əməkdar artist Lalə Məmmədova "Çıx yollarıma" adlı mahnısına klip çəkdirib. 

Unikal.org axşam.az-a istinadən bildirir ki, bəstənin sözləri Arzu Yahyayevə, musiqisi Rasim Məmmədova məxsusdur. 

Ekran işinin rejissorluğu Nail Naiboğluya həvalə edilib.  

N.Naiboğlu klipdə L.Məmmədovanı hovuzda çəkdiyini deyib:

"Çəkilişlər 20 saat davam edib. Lalə xanım dörd obrazda oldu. Ən diqqətçəkən anlardan biri də müğənnini hovuza salmağım olub. Lalə ilə eyni universiteti bitirmişik, 20 ildir dostuq. Kimsə Laləni hovuzda klip çəkdirdiyi, soyunduğu üçün qınaya bilər. Biz etik qaydalara riayət etmişik, çərçivədən çıxmamışıq. Laləni çətinliklə razı sala bildim ki, yaxşı alınacaq. Çimərlik geyimini normal qəbul ediriksə, bunu da başa düşməliyik".