18 Noyabr 2019
17 Noyabr 2019
Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO
Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı- VİDEO HADİSƏ 11:36 2019-10-14

Bakıda uşaq qidasının içindən qurd çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

“Məhsulun istifadə müddəti də bitməyib.  Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.