18 Noyabr 2019
17 Noyabr 2019
Yaqub Eyyubov Ərdoğanı qarşıladı - VİDEO-FOTO
Yaqub Eyyubov Ərdoğanı qarşıladı- VİDEO-FOTO SİYASƏT 15:16 2019-10-14

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

12:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Unikal.org xəbər verir ki, dövlət başçısı Bakıya doğru yola çıxmamışdan əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib, səfərlə bağlı sualları cavablandırıb.  

R.T.Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Türkiyə prezidenti təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

R.T.Ərdoğanın səfəri oktyabrın 15-də başa çatacaq.



  • Yaqub Eyyubov Ərdoğanı qarşıladı- VİDEO-FOTO
  • Yaqub Eyyubov Ərdoğanı qarşıladı- VİDEO-FOTO
  • Yaqub Eyyubov Ərdoğanı qarşıladı- VİDEO-FOTO
  • Yaqub Eyyubov Ərdoğanı qarşıladı- VİDEO-FOTO