Azərbaycanda məşhur cərrah bahalı itini axtarır.

Unikal.org-un əldə etdiyi məlumata görə, ATU-nun Tədris Cərrahiyə Klinikasının həkimi Azər Qasımovun "Pupsik" cinsli iti həyətlərindən yoxa çıxıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən cərrah itinin həyətindən qaçdığını təsdiqləyib:

"Bu itin qiymətindən çox mənəvi dəyəri var. Həmin heyvan qızımın olduğu üçün tapılmasını çox istəyirik. Novxanıda bağımızdan çıxaraq, naməlum istiqamətdə yoxa çıxıb. İti tapan şəxsə heyvanın qiyməti dəyərində pul mükafatı veriləcək."
 

Famil Fərhadoğlu