Xaçmazda keçmiş məhkum avtomobil qaçırıb.

Bu barədə  Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində F.Quliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Rəsulov saxlanılıb və o, hadisəni törətməsini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.