Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Unikal.org xəbər verir ki, Ş.Mirziyoyev bu barədə Azərbaycan Prezidenti ilə bu gün keçirilən görüşdə bildirib: 

"Sizi özünüz üçün münasib olan istənilən vaxtda Özbəkistana dəvət edirəm. Ona görə ki, Siz çoxdan bizdə olmamısınız və biz çox istəyirik ki, Sizin üçün münasib olan istənilən vaxtda Özbəkistana gələsiniz, bizim münasibətlərimiz yeni məzmunla zənginləşsin. Sonra isə mən Azərbaycana hökmən səfər edəcəyəm". 

Dəvətə görə həmkarına təşəkkür edən Prezident İlham Əliyev yenidən məmnuniyyətlə qardaş Özbəkistana səfər edəcəyini söyləyib.