Kürdəmir rayonunda avtomobil yanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Pirli kəndində qeydə alınıb.

Pirli kənd sakini, 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu "Niva" markalı, "90-VC-105" dövlət nömrə nişanlı avtomobillə yaşadığı kənd istiqamətində hərəkətdə olarkən avtomobildə yanğın başlayıb. Sürücü dərhal avtomobili yolun kənarına sürərək onu tərk edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və 12 şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb. Avtomobil hadisə zamanı yararsız vəziyyətə düşüb.

Fakt araşdırılır.