Bakıda ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, paytaxtın Qaradağ rayonu ərazisində küçədə orta yaşlı kişinin meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Kərimov Fariz Xıdır oğlu olması müəyyən edilib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal edilir.