Yunan-Roma millimizin üzvü və çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzərlinin bu fotosu sosial şəbəkədə maraqla qarşılanıb. 

Unikal.org xəbər verir ki, O.Nəzərli Zaqrebdəke keçirilən dünya çempionatında qalib olan zaman şampan partlatmaq əvəzinə meyvə şirəsindən istifadə edib. Səbəb müsəlman olmasıdır. 

Bu barədə Oyan Nəzərli Unikal.org-a açıqlama verib:

"O biri ölkələr şampan, məndə meyvə şirəsi idi. Dünya Güləş Birliyi finala çıxdığım zaman özləri hazırlamışdılar.  Fikir versəniz görərsiniz ki, rəngi başqadır.  Bilirdilər ki, müsəlmanam. Federasiya prezidenti dedi ki, sənə özəl meyvə suyu gətirdik (gülür). Bu şəkil sentyabrda baş tutan dünya çempionatından sonra çəkilib. 

Artıq bir ildir çimərlik güləşində də yarışlara qatılıram. Bu gün çimərlik güləşində daha bir yarışa çıxacam. Dünya çimərlik Oyunları Olimpiadasında iştirak edəcəm". 

Qeyd edək ki, O.Nəzərli Azərbaycanın çimərlik güləşində ilk dünya çempionudur. Yunan- roma güləşində dünya kuboku ikincisi və Heydər Əliyev Qızıl Qrand Prisinin qalibidir. 

Aygün İlqarqızı