"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi təşkilatların dünya siyasətində rolunun artdığını görürük".

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə deyib. 

O qeyd edib ki, Türk Şurasının Bakı zirvə toplantısı tarixi əhəmiyyət daşıyır: "Türk Şurasının qurumlarını dəstəkləməliyik".

"Biz Türk Şurasına İslam Konfransı Təşkilatı və BMT-də müşahidəçi statusu verilməsini istəyirk", - R.T.Ərdoğan vurğulayıb.