Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP)  Bölməsinə yeni rəis təyin edilib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, əmrə əsasən polis mayoru Həsənov Eldəniz Maksim oğlu Göygöl rayon Dövlət Yol Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Həsənov Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi vəzifəsində çalışıb.