Polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib

ARB TV-də yayımlanan "Kriminal" verilişində 21 yaşlı Aysel Orucovanın qətli ilə bağlı təfərrüatlar ortaya çıxıb.

Unikal.org xəbər verir ki, onu qətlə yetirən Nəriman Əliyev qadından ikinci dəfə intim əlaqədə olmağı istəyib. Lakin Aysel imtina edib. Nəriman 200 manat müqabilində otelə gətirdiyi Ayseli əvvəlcə qucaqlayaraq razılığa gətirməyə çalışıb. O isə işlədiyi gecə klubuna qayıtmaqda israr edib. Bundan hiddətlənən və narkotik maddənin təsiri altında olan 35 yaşlı kişi onu qətlə yetriməyi qərara alıb. Qətldən sonra Nəriman Əliyev evinə gedib. Səhər polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib.

Hakim qarşısına çıxarılan Nəriman Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.

Bir uşaq anası olan Aysel Orucova doğulduğu kənddə dəfn olunub.