07 Dekabr 2019
06 Dekabr 2019
4000-dən çox şagird sinifdə qaldı
4000-dən çox şagird sinifdə qaldı CƏMİYYƏT 15:44 2019-10-15

"Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Görəsən Bakı şəhərində bu rəqəm nə qədərdir?!"

Unikal.org xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, nazirliyi maraqlandıran məsələlərdən biri də təhsildən yayınan şagirdlərdir: "Elmin, tərəqqinin inkişaf etdiyi dövrdə dövlətin qayğısı ilə əhatə olunan uşağın təhsildən yayınma səbəbləri nə olursa olsun, buna heç vaxt bəraət qazandırmaq olmaz. Şagird dərsə gəlmirsə, məktəb rəhbərliyinin bir-iki dəfə bunun səbəbini soruşması, yaxud rayon icra hakimiyyətinə məktub yazması və sonra məsələnin ardınca düşməməsinə görə bir insanın taleyi itdi".

O qeyd edib ki, daha böyük məsələ şagirdin sinifdə saxlanmasıdır: "Hansı dövrdə yaşayırıq ki, oxuyub yaza bilməyən şagird sinifdə saxlanılsın?! Axı məktəbin əlində müxtəlif imkanlar var ki, vaxtında həmin uşağa təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən bu məsələnin arxasında bir çox subyektiv yanaşmaların durduğunu görürük. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Bəlkə də müəllim əsas fənlərdən hansısa humanistlik göstərib bilmirəm".

"Ümumiyyətlə təlim-tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri salmaqla nə olur? Razılaşaq ki, onsuzda belə uşaqlar dərsə gəlmir. Təhsil Nazirliyinin uzun müddət müzakirə etdiyi məsələ şagirdlərin yerdəyişməsi, bir sinifdən başqa sinfə, yaxud məktəbə keçməsi ilə bağlı qərar idi. Bu qərarda ziddiyyətli fikir sinifdə saxlamaq bəndinin qalıb-qalmaması idi. Son nəticə olaraq qənaətə gəlindi ki, bu bənd qərarda qalsın. Ola bilər ki, elə hal oldu ki, məktəb rəhbərliyi məcbur olub həmin şagirdi sinifdə saxlasın.

Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagirdlər ikinci ilə qalanda 99 % məktəbə gəlmirlər. Ya da ümumiyyətlə təhsildən küsürlər. Əgər həmin uşaqlar üçün adaptə olunan proqram hazırlanıb müsbətə doğru nəsə ediləcəksə, bu başqa məsələ. Təhsil standartları onsuzda ən minimum həddi müəyyənləşirib və ağlı başında olan hər bir uşaq bunu mənimsəyə bilər. Bax bu məsələni nəzarətə götürmək lazımdır"- deyə Məhəbbət Vəliyeva deyib.