Bakıda kafedən xeyli miqdarda pul oğurlanıb.

 Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki kafelərin birindən 1881 manat və 400 dollar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbrahimov saxlanılıb.