Bakının Nərimanov rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən əlbəyaxa dava baş verib.

Unikal.org  xəbər verir ki, A.Heydərov küçəsi ev 26-nın qarşısında Mənzər və Kəmalə adlı şəxslər Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Hümbətova Sima Abbasqulu qızını döyərək xəsarət yetiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.