Bakıda üç ay əvvəl itkin düşən kişi tapılıb.

Unikal.org-un xəbərinə görə, iyulun 13-də İ.Qələmov adlı şəxs paytaxtın Qaradağ rayonunda yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb.

Faktla bağlı araşdırma aparılır.