20 Noyabr 2019
19 Noyabr 2019
Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürüldü
Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürüldü KRİMİNAL 10:05 2019-10-16

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Unikal.org-un xəbərinə görə, əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində 4 nəfər saxlanılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşları Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü O.Nuridən 1 kq-dan artıq heroin, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Qafarovdan 538 qram heroin, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini, 1972-ci il təvəllüdlü N.Məmmədbəylidən 210 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 35-ci PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 918 qram heroin aşkar edilərək götürülüb.

Hər 4 faktla bağlı araşdırmalar aparılır.