"Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülməkdədir". 

Bunu "Azercell"in şəbəkəsində yaranmış problemlə bağlı Unikal.org-a "Azercell Telecom" MMC-dən bildirilib.

Qurumun açıqlamasında deyilir ki, qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən "Azercell"in şəbəkəsində problem yaranıb. Belə ki, mobil operatorun abunəçilər zəng və internet xidmətlərindən istifadə edə bilmirlər.