14 Noyabr 2019
13 Noyabr 2019
Ölkəyə ayaqqabısında narkotika keçirmək istədi - FOTO
Ölkəyə ayaqqabısında narkotika keçirmək istədi- FOTO HADİSƏ 12:45 2019-10-16

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


  • Ölkəyə ayaqqabısında narkotika keçirmək istədi- FOTO